ABŞ ordusu Əfqanıstandan bu tarixdə çıxacaq

9 İyul 2021 16:42

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı Amerika hərbi missiyasının müddətinin başa çatacağı tarixi açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden mətbuat konfransı zamanı bu missiyanın avqustun 31-də bitəcəyini bildirib.

"Əfqanıstan ordusunun "Taliban" döyüşçülərinə uğurla müqavimət göstərə biləcəyinə inanıram", - deyə Bayden qeyd edib.

O, həmçinin vurğulayıb ki, ABŞ qoşunları ölkəni tərk etdikdən sonra Əfqanıstanı tək bir hökumətin idarə etməsi ehtimalı çox azdır.

Milli.Az