Nikbinlik… xəstəlikdir
11 Fevral 2012 09:24
Amma sən demə, nikbinlik... xəstəlik imiş. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlərin son tədqiqatı göstərib ki, nikbin insanların beyni psixi problemləri olanların beynilə eyni cür işləyir. Aparılan eksperimentlər göstərir ki, nikbin insanlar bir çox hallarda onları gözləyən təhlükələri adekvat qiymətləndirə bilmir. Çünki onların beynində mənfiliklər "ələkdən keçmir" və belə insanlar həyata yalnız müsbət tərəfdən baxır və bəzən uşaq kimi düşünür.
"Biz insanları bədbinliyə çağırmırıq. Amma xəbərdarlıq etməliyik ki, nikbinlik sağlamlıq üçün təhlükəlidir. O, mənəvi travmalara, itkilərə səbəb olur", - deyə tədqiqat müəllifləri bildirir.
Milli.Az