"Xəzər Lənkəran"a iki gün kifayət etdi

30 Aprel 2010 16:17
"Xəzər Lənkəran" "Neftçi"yə qarşı keçirəcəyi oyunun hazırlığını bu gün başa vuracaq.

Fanat.az xəbər verir ki, çərşənbə axşamı Azərbaycan Kuboku uğrunda turnirin 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Olimpik-Şüvəlan"la (1:1) qarşılaşan komanda çempionat oyununa hazırlıq aparması üçün cəmi iki gün vaxtı olub. Dünən Tofiq Bəhrəmov adına Respublika stadionunda məşq edən "ağ-yaşıllar" bu gün saat 17.00-da oyunun keçiriləcəyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təxminən bir saatlıq qısa çalışmalara çıxacaqlar.

Premeyr Liqanın XXX turu çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu şənbə günü - mayın 1-də keçiriləcək və saat 17.00-da başlayacaq. Onu da qeyd edək ki, cari mövsüm komandalar arasında keçirilən üç oyunun heç birində hesab açılmayıb.

Milli.Az