Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın 1984-cü ildə geyindiyi idman ayaqqabıları hərraca çıxarılacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlayn keçirilməsi nəzərdə tutulan hərracda Cordanının "Converse Fastbreak" ayaqqabısının 100 min dollara satılması planlaşdırılır.
Qeyd edək ki, idmançının 1985-ci ildə geyindiyi ağ-qara rəngli "Nike Air Jordan 1" ayaqqabısı ötən il hərracda 560 min dollara satılmışdı.
Milli.Az