Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edilib

8 İyul 2021 17:50

Sabahdan 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən "Koroğlu" NMM-ə təşkil ediləcək.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların "Koroğlu" NMM-ə birbaşa çıxışı təmin olunacaq.

Milli.Az