Ermənistan-Gürcüstan sərhədində zəlzələ

8 İyul 2021 17:10

Ermənistan və Gürcüstan sərhədində 3,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təkanlar yerli vaxtla təqribən saat 14:03-də qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin episentri Gürcüstanla sərhəddə yerləşən Şirak əyalətinin Bavra kəndindən 12 kilometr şimalda, 10 kilometr dərinlikdə yerləşib.

Burada zəlzələnin gücü 4 bal təşkil edib.

Milli.Az