Meşələri və əkin sahələrini yanğından necə qorumalı?
30 Aprel 2010 16:10
Milli.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə Gəncə şəhərində və Bərdə rayonunda "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirələr keçirib.
Regional müşavirələrdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə olunub. Müşavirələrdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi, yanğın baş verən zaman zəruri tədbirlər dövlət yanğın nəzarəti qurumlarının əməkdaşları, rayon icra hakimiyyəti, bələdiyyə və təsərrüfat nümayəndələri tərəfindən müzakirə edilib.
Tədbirdə həmçinin meşələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, meşə mühafizəsi və bərpası müəssisələrinə olan tələblər, yanğın zamanı zəruri hərəkətlər, meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət, yanğınsöndürmə texnikası və vasitələri haqqında ətraflı məlumat verilib.
Müşavirələrdə 2009-cu ildə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş yanğın hadisələrinin səbəbləri ətraflı təhlil olunub. Bu mövzuda respublikanın digər bölgələrində də müşavirələr keçirilir.
Milli.Az