Tovuzda avtomobil aşıb, sürücü ağır xəsarət alıb

8 İyul 2021 21:56

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Orxan Fazil oğlu Əhmədli ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az