Bakılı rejissor Moskvada son mənzilə yola salındı

8 İyul 2021 19:42

Moskva Kino evində məşhur rejissor Vladimir Menşovla vida mərasimi keçirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mərasimdə təkcə rejissorun nəvəsi Andrey Qordin çıxış edib.  

Bundan sonra rejissor alqış sədaları altında son mənzilə yola salınıb. 
Menşov Novodeviçye qəbiristanlığında dəfn edilib. Rejissor iyulun 5-də 81 yaşında koronavirus səbəbindən vəfat edib.

Xatırladaq ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda anadan olub.

Milli.Az