Serxio Ramos "Real"ı bu kluba dəyişdi

8 İyul 2021 16:54

"Real"dan ayrılan Serxio Ramosun yeni klubu müəyyənləşib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müdafiəçi PSJ-lə müqavilə imzalayıb.

Azad agent kimi kluba keçən 35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, PSJ-də 4 nömrəli formanı geyinəcək.

Milli.Az