Asqırmaq üstündə dava düşdü, oğlan bıçaqlandı - VİDEO - FOTO

9 İyul 2021 04:21

Tekirdağda (Türkiyə) qeyri-adi hadisə yaşanıb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, maskasız asqıran Mehmet D. həmin vaxt yoldan keçən satıcı R.K. "Niyə maska ​​taxmırsınız? Virus dolaşır, niyə belə asqırdınız" deyə irad bildirib.

Mübahisənin davaya çevrilməsindən sonra R.K., Mehmet D.-nin buduna bıçaqla vuraraq hadisə yerindən qaçıb. Ətrafdakı insanların müdaxiləsindən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Polis tərəfindən oğlan tutularaq nəzarətə alınıb.

Kamran Seyidov
Milli.Az