Kor edən parazit: Toksoplazma - Ondan necə qorunaq?

19 İyul 2021 20:30

Türkiyədə gənc qadın pişik parazitindən gözlərini itirib.

Milli.Az xəbər verir ki, qadın üzərində aparılan müayinələrdə onun pişik nəcisində aşkarlanan toksoplazma parazitindən gözlərində problem yarandığı məlum olub.

Türkiyəli mütəxəssis Fatih Atmaca bununla bağlı önəmli açıqlamalar verib:

"Toksoplazma adlı parazit pişiklərin bağırsaqlarında yaşayır. Pişik nəcisi ilə ətrafa yayılır. Parazitli pişik çölə nəcisini etdikdə yağış suları ilə birlikdə sulara və torpağa qarışır. Salat hazırlamaq üçün aldığımız kahı və cəfəridə də toksoplazma parazitləri ola bilər. Bundan başqa parazitli otları yeyən qoyun, inək kimi heyvanların əzələlərinə də yerləşə bilər. Çiy ət, kolbasa, sucuk kimi qidaları yediyimiz zaman fərqində olmadan paraziti bədənimizə ala ola bilərik".

CİFT YOLU İLƏ KÖRPƏYƏ KEÇƏ BİLƏR

"Bu parazit hamilələrdə cift yolu ilə körpəyə də keçə bilər. Yeni doğulan körpələrdə əqli gerilik, korluq, beyində problemlər, qaraciyər və dalaq böyüməsi, anemiya kimi xəstəliklərə yol açar. Buna görə də meyvə və tərəvəzlər yaxşı yuyulmalıdır. Buna xüsusi diqqət etmək lazımdır. Bundan başqa əsl qaynağı olan pişiklərlə təmasda da diqqətli olmalı, əl-ayaq təmizliyinə fikir vermək lazımdır. Unutmayın ki, peyvənd olunan ev pişiklərinin riskli olmadığı fikri yanlışdır. Çünki toksoplazmanın peyvəndi yoxdur".

TOKSOPLAZMADAN QORUNMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

Əl gigiyenasına və tez-tez əl yumağa fikir verin.
Bağ-bağça işlərində mütləq əlcəkdən istifadə edin.
Çiy ya da az bişmiş ət (salam, sucuk, və s.) yeyərkən diqqətli olun.
Çiy ətlə təmas etdikdən sonra mütləq əlinizi yuyun.
Çiy meyvə və tərəvəzlərinizi yaxşıca yuyun.

Pişiyinizin qumunu 24 saat ərzində bir neçə dəfə dəyişməyə diqqət edin. Qumu dəyişdirərkən əlcəkdən istifadə edin. Sonra mütləq əllərinizi yuyun. /medicina.az

Milli.Az