Xərçəngə tutulan aktrisanın yeni - FOTOsu

8 İyul 2021 12:36

Xərçənglə mübarizə aparan türkiyəli məşhur aktrisa Canan Ergüder İnstaqram hesabından yeni fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xəstəlik səbəbindən saçları tökülən aktrisa bu dəfə bandanadan istifadə etməli olub. Son şəkilləri ilə izləyicilərini kədərləndirən Cananın "Artıq biraz da belə" qısa şərhinə çox sayda dəstək mesajları gəlib. "Mükəmməl olmusunuz", "Üzünüzdə güllər açır", "Hər gün daha gözəlləşirsiniz" kimi şərhlərlə sevənləri aktrisanın yanında olduqlarını ifadə ediblər.

Qeyd edək ki, sənətçi son olaraq "Menajerimi ara" serialında rol alıb. O, xəstələyinə görə ekran işindən ayrılmaq məcburiyyətində qalmışdı.

Milli.Az