Karlos Bakka ilə yollar ayrıldı

8 İyul 2021 21:32

İspaniyanın "Vilyarreal" klubu futbolçusu Karlos Bakka ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Bakka 2017-ci ildən "Vilyarreal"da çıxış edirdi.

Milli.Az