Dubay limanındakı partlayışın səbəbi açıqlandı

8 İyul 2021 16:30

Dubayda limanda baş verən güclü partlayış gəminin göyərtəsində başlayan yanğın səbəbindən olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkə rəhbərliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 7-si axşam saatlarında Dubay şəhərində Cəbəl Əli limanında gəminin göyərtəsində konteynerlərdən birinin partlaması nəticəsində yanğın başlayıb. Partlayış nəticəsində heç kim xəsarət almayıb. Yanğını nəzarət altına almaq mümkün olub.

BƏƏ rəhbərliyinin Mətbuat Xidmətinin nümayəndəsinin "Al-Arabiya" telekanalına verdiyi məlumata görə, gəminin göyərtəsində olan konteynerlərdən birinin içərisində tezalışan materiallar olub.

O, həmçinin qeyd edib ki, yanan gəminin heyətini vaxtında təxliyyə etmək mümkün olub.

Milli.Az