Yola çıxanların nəzərinə - Bu istiqamətlərdə sıxlıq var

8 İyul 2021 09:30

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlıq olan avtomobil yollarının adlarını açıqlayıb.

Agentlikdən Milli.Az-a verilən məlumatda bildirilir ki, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsindən istiqamətindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi - (Əsasən,Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti - (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsində (Aeroport şossesinə çıxan yol) sıxlıq müşahidə edilir.

Milli.Az