Məşhur müğənni səhnədən getməyə hazırlaşır

8 İyul 2021 10:42

Rusiya Xalq artisti Oleq Qazmanov musiqi karyerasına son verməyi qərara alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o TASS-a müsahibəsində deyib.

İndi 70 yaşlı sənətçi "7:0 mənim xeyrimə" proqramı ilə qastrol səfərindədir.

"Musiqi karyeramın bitdiyini elan etməyi düşünürəm. Bəlkə də bu tur sonuncu olacaq", - deyə Qazmanov bildirib.

Qazmanov vurğulayıb ki, həmin açıqlamanı tamaşaçıları konsertlərinə cəlb etmək üçün vermir.

"Bununla bağlı onsuz da hər şey qaydasındadır", - deyə musiqiçi etiraf edib.

Milli.Az