Bakı sakini dava zamanı bıçaqlanıb

8 İyul 2021 08:38

Bakının Sabunçu rayonunda tanışlar arasında dava zamanı bir nəfər bıçaqlanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
"Xanlar" yaşayış massivində 1989-cu il təvəllüdlü Əsgərov Xanlar Adil oğlu tanışı ilə hələlik bilinməyən səbəbə görə dava edib.
Dava zamanı X.Əsgərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az