Gədəbəydə güclü sel: ölən var

7 İyul 2021 23:01

Gədəbəy rayonunda bir nəfər seldə boğulub.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində baş verib.

Hələlik şəxsiyyəti dəqiqləşdirilən kənd sakininin sel sularından boğularaq öldüyü ehtimal edilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az