Rusiyada daha 15 terrorçu saxlanıldı

7 İyul 2021 16:24

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Penza, Ufa və Çelyabinskdə ölkədə terror təşkilatı olaraq tanınan "Hizb ut-Tahrir" təşkilatının dörd hücrəsi zərərsizləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı 4 rəhbər şəxs və təşkilatın 11 fəal iştirakçısı saxlanılıb.

FSB-nin məlumatına görə, saxlanılan şəxslər terror təşkilatlarının xarici emissarların göstərişləri ilə Rusiya ərazisində terrorizm ideologiyasının yayılması üzrə məqsədyönlü şəkildə fəaliyyət göstəriblər.

Milli.Az