"Çox müğənninin bədəni yığılma, baş qaynaq, hər yeri silikondu"

7 İyul 2021 15:52

"Gündəmdə məndən başqa kim var ki? Gözəllik məndə, gözəl səs məndə, gözəl mahnılar məndə. Başqasına nə deyib, söz atsınlar?".

Milli.Az xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı "Xəbər-ətər" verilişində deyib.

O, gündəmdə ona rəqib ikinci bir müğənninin olmadığını bildirib:

"Çox müğənni yığılmadı: bədən yığılma, baş qaynaq, hər yeri silikon. Mənə söz atır ki, mən onu gündəmə gətirim. Söz atmasın, gündəmə gəlməsin. Bu gün heç kim gündəmdə deyil, kimdir gündəmdə?".

Məhəmməd Vaqif
Milli.Az