16:52
Haiti Prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Martine Mouse də sui-qəsd nəticəsində aldığı yaralardan ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Haiti mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
---------
14:31
Haiti prezidenti Jovanel Mois öldürülüb. Onun dünən gecə hücuma məruz qaldığı bildirilir.
Milli.Az xəbər verir ki, bu barədə xəbəri baş nazir Klod Jozef bildirib. Hücum edənlər ispan dilində danışıblar. Prezidenin xanımı da zərər çəkib.
Milli.Az