Ermənistanda son sutkada koronavirusa 140 yoluxma olub

7 İyul 2021 17:24

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225801-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4531 nəfərə çatıb.

Milli.Az