Biləsuvarda mağaza yanıb

7 İyul 2021 10:34

Biləsuvar rayonunda ümumi sahəsi 32 m² olan mağazanın lambirindən ibarət tavanı yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az