Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb

7 İyul 2021 10:29

Zaqatalada 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Faldar kəndində baş verib.

Hadisə zamanı 67 yaşlı F. Durmuşovun başı tövlədə olan dəmir konstruksiyaya dəyib. Ağır qapalı kəllə-beyin travması alan F. Durmuşov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az