Müğənnilər İlhamə Qasımova və Dilarə Kazımova "10-da görüşək" proqramında qonaq olublar.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişdə İlhamə Qasımova aparıcı Samir Bayramlının "Vətəndaş nikahından uşaq dünyaya gətirərsinizmi" sualına "Hə, burda nə var ki?!" cavabını verib.
Dilarə Kazımova isə məsələyə fərqli münasibət bildirib:
"Uşağa görə istəməzdim. Məktəbə gedəndə ona söz gələ bilər. Mən çalışacam ki, hər şeyi ona düzgün çatdırım. Həyatda fərqli situasiyaların olduğunu izah edim. Birdən həyatımda belə bir şey baş versə, niyə də yox? Amma onu hədəf kimi görmürəm. Bütün qadınlar ərə getmək, ana olmaq istəyirlər. Qismətdirsə, olacaq".
Milli.Az