Beyləqanda 16 yaşlı oğlan kanalda batdı

6 İyul 2021 19:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.

Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az