Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

6 İyul 2021 23:39

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Fərzəliyev Mətin Vahid oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az