Bu marşrutun hərəkət sxeminə dəyişiklik edildi

6 İyul 2021 20:42

70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə əsasən, bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.

Milli.Az