Estoniyanın Sankt-Peterburqdakı konsulu gizli sənədlər əldə edərkən saxlanılıb

6 İyul 2021 21:26

Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatte saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, M.Lyatte qapalı xarakterli sənədlərin əldə olunması zamanı saxlanılıb. Onun bu fəaliyyətinin diplomatik statusa uyğun olmadığı və Rusiyaya qarşı açıq şəkildə düşmənçilik xarakteri daşıdığı bildirilib.

Konsula qarşı beynəlxalq hüquqda nəzərdə tutulan tədbirlərin tətbiq edləcəyi qeyd olunub.

Milli.Az