Eldar Həsənov bu gün əməliyyat olunacaq

6 İyul 2021 14:58

Sabiq Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında bu gün cərrahiyyə əməliyyatı olunacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.

Qeyd edək ki, E.Həsənov səhhətində yaranan problemlərə görə bir neçə gün öncə DTX-nın Hərbi Hospitalına köçürülmüşdü.

Milli.Az