Azərbaycanda avtomobil polisi vuraraq öldürdü

6 İyul 2021 11:41

Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Uzunboyad kəndində qeydə alınıb.

Polis nəfəri, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu avtomobil vurub. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az