Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat etib

27 İyul 2021 23:43

Rusiya Federasiyasının Kareliya Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Akif Quliyev 62 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Akif Nəcəf oğlu Quliyev koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Akif Quliyev Rusiya Federasiyasının Kareliya Respublikasında fəaliyyət göstərən "Odlar yurdu" Regional Azərbaycan milli - mədəni muxtariyyətinin sədri, Kareliya Respublikası hökuməti yanında Məsləhət Şurasının üzvü olub.

Milli.Az