Bu da son: "Kodak" fotoaparat buraxmayacaq - FOTO

10 Fevral 2012 18:37
Şirkət xərcləri azaltmaq üçün bu ilin ilk yarısında istehsala son qoyacaq.

Milli.Az "The Financial Times"a istinadən bildirir ki, bununla yanaşı, şirkət brend lisenziyalaşdırılması proqramı sahəsində lisenziyalar paketini artıracaq, çap avadanlığı və texnikası sahəsində əməliyyatlarını saxlayacaq.
İstehsalın dayandırılması ilə bağlı xərclər təqribən 30 milyon dollar təşkil edəcək.

"Kodak" bu ilin yanvarında iflasa uğradığını bəyan edərək kreditorlardan qorunmaq üçün məhkəməyə müraciət etmişdi.
1880-ci ildə Nyu-Yorkda Corc İstmanın yaratdığı şirkət son illər sürəkli itkilər verir.

XX əsrdə fotoaparat və fotoplyonka istehsalında dünya liderlərindən olan "Kodak"ın bir səhminin dəyəri 1997-ci ildə 92 dollar idisə, 2012-ci ilin əvvəlində 47 sentə qədər endi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.