Ermənistanda COVID-19-a yoluxanların sayı 225661-ə çatıb

6 İyul 2021 16:16

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 55 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225661-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4530 nəfərə çatıb.

Milli.Az