Azərbaycanda 37 yaşlı kişinin qulağını kəsdilər

6 İyul 2021 10:11

Hacıqabul sakininin qulağı kəsilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az