Dünya bazarlarında təbii qazın qiyməti artıb

6 İyul 2021 10:39

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az bildirir ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,79% artaraq 3,804 ABŞ dolları təşkil edib.

Milli.Az