Düşmənə öldürücü zərbələr vuran qəhrəman şəhidimiz - VİDEO

6 İyul 2021 19:06

Torpaqlarımızın azadlığı  uğrunda öz canından keçən, düşmənə amansız zərbələr vuran qəhrəman oğullarımızından biri də Araz Əliyev olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Araz Əliyev 1984-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olub.

2002-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. 2014-cü ildə Beyləqanda yerləşən N saylı hərbi hissədə müddətdən artıq  hərbi quluqcu  kimi fəaliyyət göstərib. Sentyabrın 27-də ikinci Qarabağ müharbəsi  başlayanda Füzuli və Cəbrayıl istiqamətində döyüşüb.

Oktyabrın 6-da Cəbrayılda  düşmən mühasirəsini yarmağa çalışarkən ağır yaralanıb. Dostları ilə birlikdə bu mühasirədən çıxan zaman Araz şəhidlik zirvəsinə ucalıb.

Araz Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az