Məşhur model estetik əməliyyatdan görüntülərini paylaşdı - FOTO

6 İyul 2021 09:49

Britaniyalı məşhur model və aparıcı Keti Prays (Ketrin Emi Aleksandra Prays) estetik əməliyyatdan və ondan sonrakı görüntülərini yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, əməliyyatda öləcəyini düşünüb.

"Bədənimin hər yerində tikişlərlə oyandım. Monstra oxşayırdım. Əvvəlki Keti olmaq istəyirəm", - deyə məşhur bildirib.

43 yaşlı Prays bütün bədən liposaksiyası, göz və dodaq qaldırılması əməliyyatı elətdirib.

Beş uşaq anası olan məşhur estetik əməliyyatlara ilk dəfə 30 yaşından sonra başlayıb.

Milli.Az