Haçıqabul sakini qonşusunu bıçaqlayıb

6 İyul 2021 08:18

Hacıqabulda qonşular arasında dava düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Udulu qəsəbə sakini, 1982-ci il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

O, qulağının bir hissəsinin kəsilmiş diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az