Heydər Əliyev prospektində maşın aşdı, yol bağlandı - FOTO

5 İyul 2021 17:56

Bakıda minik avtomobili aşıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hadisə paytaxtın Heydər Əliyev prospektində (Bravonun qarşısında) əsas yolda qeydə alınıb.

Baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Milli.Az