Əsgər qızlar hərbi paradda dikdaban ayaqqabı geyinəcək - FOTO

6 İyul 2021 02:22

Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə həsr olunan parad məşqlərində qadın əsgərlər dikdaban ayaqqabı geyinəcəklər. 

Milli.Az xəbər verir ki, bu haqda məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb. 

Mənbə bildirir ki, Ukraynanın Sovetlər Birliyindən ayrılmasının 30-cu ildönümü ilə əlaqədar avqustun 24-də, Kiyevin əsas küçəsi olan Xreşatikdə hərbi parad məşqləri keçiriləcək. 

Milli.Az