Məşhur ulduz Keti Perri və Orlando Blum İtaliyada başlayan istirahətlərinə Yunanıstanda, daha sonra isə Türkiyədə davam edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, helikopterlə Bodrumu gəzən cütlük bu dəfə Ege dənizinin sahilində yerləşən lüks otellərdən birində fotolar çəkdirib. Şəkilləri İnstaqram hesabında paylaşan Keti "İnfinity & beyond" (sonsuzluk və ötəsi) qısa şərhini yazıb.
Qeyd edək ki, Kati və Orlando gəzintiyə qızları Deysi ilə çıxıb.
Milli.Az