Gürcüstanda son iki gündə koronavirusdan 26 nəfər ölüb

5 İyul 2021 16:52

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 838 yoluxma halı qeydə alınıb, son iki gün ərzində isə 26 nəfər xəstəlikdən ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 369 886, ölənlərin sayı isə 5 373 nəfərə çatıb. Virusa yoluxanlardan 355 127 nəfərin sağaldığı bildirilir.

Milli.Az