Bu il qlobal təbii qaz tələbatı 3,6 faiz artacaq

5 İyul 2021 22:25

2021-ci ildə qlobal təbii qaz tələbatının 3,6 faiz artacağı gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.

Agentliyin proqnozuna görə, 2024-cü ilədək tələbatın 2019-cu illə müqayisədə təxminən 7 faiz artacağı nəzərdə tutulur. 2024-cü ilədək orta illik 3,4 faiz artımla istehlakın əsas hərəkətvericisinin sənaye sektoru olacağı gözlənilir.

Pandemiya səbəbindən 2020-ci ildə isə təbii qaza tələbatı təxminən 1,9 faiz və ya 75 milyard kubmetr azalıb.

Milli.Az