Korona Rusiyaya 1 trilyon ziyan vurdu

5 İyul 2021 19:54

Koronavirus Rusiya iqtisadiyyatına 2020-ci ildə 997,06 milyard rubl (13,675 milyard dollar) ziyan vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumat Rusiya hökumətinin "Rusiya Federasiyası əhalisinin rihafının sanitar-epidemioloji vəziyyəti haqqında" hesabatında yer alıb.

Hesabatda Rusiyanın koronavirus əleyhinə testlər üçün 108 milyard rubl xərclədiyi bildirilib.

Əhalinin koronavirus məhdudiyyətlərinin olduğu dönəmdə dəstəklənməsi üçün 2020-ci ildə 515 milyard rubl xərclədiyi vurğulanıb.

Milli.Az