Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atdı - FOTO

5 İyul 2021 13:10

Gəncədə 24 yaşlı oğlan özünü körpüdən atıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil körpüsünün üzərində qeydə alınıb.

Körpünün üzərinə çıxan şəxs özünü oradan atıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü körpüdən atan şəxsin 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu olduğu məlum olub.

Milli.Az