Almaniyada Azərbaycan vətəndaşı öldürülüb

5 İyul 2021 12:09

Almaniyada Azərbaycan vətəndaşı qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, Almaniyanın Qreven şəhərində yaşayan həmyerlimiz Elmir Fərzəliyev 4 iyul tarixində öldürülüb. Qətlə yetirilən şəxsin qohumlarının Nürnberqdə yaşadığı deyilir.

E. Fərzəliyevin telefonunda şifrə olduğu üçün onun yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Milli.Az