Ermənistan KTMT-nin Zəngəzur açıqlamasına qarşı çıxdı

5 İyul 2021 14:28

KTMT Baş katibi Stanislav Zasın bəyanatları qəribədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Azatutyn"a müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan deyib.

Rubinyan Ermənistanın suverenliyinin təhdid altında olduğunu əsas gətirərək, KTMT-yə müraciət etdiklərini və Zəngəzurla bağlı situasiyanın KTMT nizamnaməsinin 2-ci maddəsinə uyğun gəldiyini iddia edib.

Qeyd edək ki, bundan öncə KTMT Baş katibi Stanislav Zas Zəngəzurla bağlı məsələnin KTMT nizamnaməsinə uyğun olmadığını və məsələnin sərhəd insidenti olduğunu deyib.

Milli.Az