Gizlicə evləndilər

5 İyul 2021 12:04

51 yaşlı amerikalı müğənni Qven Stefani ilə 45 yaşlı Bleyk Şelton gizlicə evlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, toy iyulun 3-də Oklahomadakı bağ evlərində qohumlarının və dostlarının iştirakı ilə baş tutub.

Qeyd edək ki, cütlük 2015-ci ildə "The Voice" şousunun çəkiliş meydançasında tanış olduqdan sonra görüşməyə başlayıb. Həmin dövrdə Şelton 4 il evli olduğu Miranda Lambert ilə boşanır.

Qven isə birlikdə olduğu musiqiçi Qevin Rossdeyldən ayrılır. Onların bu münasibətdən 3 oğlu var.

Milli.Az